Yaxın Şərqdə geostrateji qarşıdurmanın əsas mərkəzlərindən birinə çevrilən Hörmüz boğazında gəmilərin təhlükəsiz hərəkətinin bərpası ilə bağlı Tehran yeni şərtlər toplusu təqdim edib. Regional təhlükəsizlik və dəniz ticarəti baxımından kritik əhəmiyyət kəsb edən bu tələblər mühüm ziddiyyətləri ortaya çıxarır.
“Wall Street Journal” nəşrinin yaydığı məlumata əsasən, İran tərəfinin irəli sürdüyü əsas məqamlar bunlardır:
Tranzit rüsumlarının toplanması: Boğazdan keçən gəmilərdən rüsum almaq hüququnun tanınması (bu səlahiyyətin Omanla birgə bölüşdürülməsi ehtimalı ilə);
Təhlükəsizlik zəmanətləri: İran ərazisinə və obyektlərinə qarşı yeni hərbi zərbələrin vurulmayacağına dair təminat;
Blokada və sanksiyaların ləğvi: ABŞ tərəfindən tətbiq edilən dəniz blokadasına dərhal xitam verilməsi və İran neftinə qoyulan məhdudiyyətlərin götürülməsi.
Ancaq bölgenin yüksək rütbəli rəsmiləri bildirir ki, nə Vaşinqton, nə də region dövlətləri İranın naviqasiya rüsumları toplamaq tələbini qəbul etməyə razıdır.
Yaranmış bu diplomatik tıxac bir daha sübut edir ki, strateji Hörmüz boğazı üzərində nəzarət məsələsi Qərb və regional qüvvələrin İslam Respublikası ilə münaqişəsində ən həssas və həlledici düyün nöqtəsi olaraq qalır.
News365.az