Beş yüz min nəfərin ölümünə səbəb olan Bhola siklonu

Beş yüz min nəfərin ölümünə səbəb olan Bhola siklonu
04 Avq 2026 23:20

Banqladeşin müstəqilliyinə aparan prosesə təsir edən amillərdən biri Bhola siklonu olub.

News365.az xarici mediaya istinadla xəbər verir ki, 1970-ci ilin noyabrında Şərqi Pakistanı (indiki Banqladeş) və Hindistanın Qərbi Benqal bölgəsini vuran Bhola siklonu tarixdə ən ölümcül tropik siklonlardan biri hesab edilir.

Məlumata görə, güclü küləklər və daşqınlar nəticəsində təxminən 500 min nəfər həlak olub.

Tarixçilərin qənaətinə əsasən, təbii fəlakətdən sonra Şərqi Pakistanda yaranan humanitar böhran və mərkəzi hakimiyyətin hadisəyə reaksiyası bölgədə narazılığı artırıb. 

Bu amillər 1971-ci ildə Banqladeşin müstəqillik qazanmasına gətirib çıxaran proseslərə təsir göstərib.



Sizin reklam burada
Sizin reklam burada