Lənkəranda 5,3 milyonluq məşhur şadlıq sarayı hərraca çıxarıldı – QİYMƏTİ DÜŞDÜ

Lənkəranda 5,3 milyonluq məşhur şadlıq sarayı hərraca çıxarıldı – QİYMƏTİ DÜŞDÜ
10:50

Lənkəran rayonunun Gərmətük qəsəbəsində yerləşən şadlıq sarayı satışa çıxarılıb.

Bu, "Əzizə" şadlıq sarayının yerləşdiyi obyektdir.

Əmlaka 0.56 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsi daxildir.

Daşınar əşyalarla birlikdə satışa çıxarılan əmlakın ilkin (bazar) qiyməti 5 milyon 377 min manat müəyyən edilsə də, hazırkı hərrac qiyməti 3 milyon 495 min 50 manat təşkil edir. Bu məbləğ əmlakın minimum satış qiymətinə, yəni bazar dəyərinin 65 faizinə uyğundur.//İqtisadiyyat.az 

Məşhur şadlıq sarayı 3,5 milyon manata satışa çıxarıldı


Sizin reklam burada
Sizin reklam burada