CHP-li deputatın qardaşı saxlanıldı – İzmirdə böyük korrupsiya əməliyyatı

CHP-li deputatın qardaşı saxlanıldı – İzmirdə böyük korrupsiya əməliyyatı
12:36

Türkiyənin İzmir Böyükşəhər Bələdiyyəsində aparılan genişmiqyaslı korrupsiya istintaqı yeni mərhələyə qədəm qoyub.

Məlumata görə, hüquq-mühafizə orqanları prokurorluğun tapşırığı ilə Diyarbəkir və Malatyada eyni vaxtda xüsusi əməliyyat keçiriblər. Əməliyyat nəticəsində Cümhuriyyət Xalq Partiyasının (CHP) Malatya millət vəkili Vəli Ağbabanın qardaşı Hür Ağbaba da daxil olmaqla 2 nəfər şübhəli şəxs qismində tutulub.

Araşdırmalar göstərir ki, saxlanılan şəxslər daha əvvəl bu korrupsiya işi üzrə həbs edilmiş "Egeşehir"in keçmiş baş meneceri Süleyman Ekinci ilə sıx əlaqədə olub və birgə fəaliyyət göstəriblər. İlk istintaq hərəkətləri tamamlandıqdan sonra şübhəlilərin sorğu-sual edilmək üçün İzmirə gətirilməsi planlaşdırılır.

Cinayət işi üzrə yeni həbslərin olacağı və ittihamların təfərrüatları ilə bağlı rəsmi açıqlamanın yaxın vaxtlarda veriləcəyi gözlənilir.


Sizin reklam burada
Sizin reklam burada