Sumqayıtda təhlükəli tikinti: Məhkəmə qərarına baxmayaraq işi gecə saatlarında davam etdirirlər

Sumqayıtda təhlükəli tikinti: Məhkəmə qərarına baxmayaraq işi gecə saatlarında davam etdirirlər
17:17

Sumqayıt şəhəri, Yaşma bağları ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında aparılan tikinti işləri ilə bağlı narahatlıqlar yenidən gündəmə gəlib.

News365.az xəbər verir ki, məhkəmənin işlərin dayandırılması barədə qərarı olmasına baxmayaraq, tikinti prosesi davam etdirilir.

 İddialara görə, tikilən obyekt yanacaqdoldurma məntəqəsinin yanacaq çənindən cəmi 3-5 addım məsafədə yerləşir ki, bu da sakinlər tərəfindən ciddi təhlükə kimi qiymətləndirilir.

Məlumata əsasən, məhkəmə qərarına baxmayaraq, tikinti işləri əsasən gecə saatlarında davam etdirilir.

Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.


Sizin reklam burada
Sizin reklam burada