İngilis tarixçisi Devid Makdaulun 'Kürdlərin müasir tarixi' əsərində Azərbaycanda kürdlər

İngilis tarixçisi Devid Makdaulun 'Kürdlərin müasir tarixi' əsərində Azərbaycanda kürdlər
09:45
Son günlər sosial mediada Azərbaycanın Laçın, Zəngəzur, Kəlbəcər və ora yaxın əraziləri “kürdlərin ana vətəni" kimi statuslar və kadrlar yayımlanır. Kürdlər Azərbaycan coğrafiyasında yaşayan və bizim dost xalqdır. Qarabağ və Azərbaycan torpaqlarına işğal niyyəti ilə gələnlərə qarşı Azərbaycan türkləri ilə birgə çiyin çiyinə döyüşüblər. Bizlərlə qohum olublar. Mərd xalqdırlar. Bizim kürd xalqına sevgimiz və hörmətimiz var. Allah Vətən uğrunda şəhid olan kürdlərə rəhmət, qazilərə can sağlığı versin. Kürdlər də bizim ki, erməni işğalına qurban olublar.
Azərbaycan çox millətli bir dövlətdir və burada əksər xalqlar yaşayıblar. Lakin bu yaşamaq o demək deyil ki, bu torpaqlar onların aborigen torpaqlarıdır. Eləcə də adları çəkilən ərazilər. Biz imkan vermərik ki, BƏZİLƏRİ sevgi və sayğımızdən istifadə edib, türklərə qədimdən məxsus olan torpaqları özünüküləşdirə bilər.
Kürdlərin ana vətənləri Azərbaycan sərhədlərindən qat qat kənarda olub, bunu tək biz demirik. Bunu Kürd tarixini araşdıranDevid Makdaulun “Kürdlərin müasir tarixi” kitabı da deyir. Bu kitab dünya akademik mühitində kürdşünaslıq üzrə ən sanballı mənbələrdən biri hesab olunur.
Kitabı online oxumaq üçün linki seçin:
Britaniya, Fransa və digər dövlət arxivlərinin materiallarına əsaslanan kitab zəngin mənbələr ilə boldur və kitabda müəllif yazır:
“Şimali Azərbaycanın Laçın, Kəlbəcər və s. bölgələrdə yaşayan kürdlər, müxtəlif tarixi dövrlərdəki köçlər nəticəsində coğrafiyaya gəlib. Azərbaycanda yaşayan kürdlər qədimdən bəri yerli türk-azərbaycanlı əhali ilə eyni dini məkanı və sosial-mədəni mühiti paylaşdıqları üçün kütləvi şəkildə bir-birlərinə inetqrasiya olublar”
Makdaul qeyd edir ki, kürd tayfalarının Azərbaycana ilk kütləvi gəlişi Səfəvi şahlarının və daha sonra Nadir şah Əfşarın yürütdüyü sərhəd və köçürmə siyasəti ilə bağlı olub. Sonra isə Çar Rusiyası Cənubi Qafqazı işğal etdikdən sonra imperiya sərhədlərini möhkəmləndirmək üçün Osmanlı və İrandan müxtəlif etnik qrupların, o cümlədən köçəri kürd tayfalarının Rusiya tərəfə keçməsinə şərait yaradıb.
Zəngəzur, Cavanşir qəzalarında - indiki Laçın, Kəlbəcər, Qubadlı zonaları öz hakimiyyətini möhkəmləndirmək üçün Çar Rusiyası sərhədin o tayından — Qacar İranı və Osmanlı ərazilərindən köçəri tayfaların Rusiya təbəəliyinə keçməsinə icazə verdi.
Cənubi Qafqaza ilk gələn kürdlər 1590-cı ildə İbrahim ağa adlı bir şəxsin başçı olduğu tayfa olub. Onlar Türkiyədən bua köç ediblər. Kürdlər Laçın rayonu ərazilərdə oturaq əhyata keçərkən onlar münbit ərazilərdə yaşayan türk kəndlərinin ətrafındakı boş istifadəsiz qalmış yerlərdə və ya ucqarlarda yəni, yaylaq ərazilərində məskunlaşaraq heyvandarlıqla məşğul olmağa başladılar.
Kürdlərin yerləşdiyi ilk kənd Mirik olmuşdur. Kürdlər Mirik kəndində müəyyən zaman çərçivəsində azərbaycan türkləri ilə qarışıq yaşayıblar. Onların bir qismi sonralar köç edib başqa ərazilərə getsələrdə bir qismi bu kənddə uzun müddət qalaraq kəndin azərbaycanlı əhalisi ilə qohumlaşıblar.
Kitabdan kənar bir qeyd: "Rus tədqiqatçısı S.P.Zelinski 1880-cı ildə yazırdı ki, kürdlər Azərbaycan dilində danışırlar,onları fizyonomiyalarına və ya libaslarına görə də yerli türklərdən fərqləndirmək sadəcə mümkün deyil"
Nəticə olaraq tədqiqatçı qeyd edir ki, Kürdlərin bu coğrafiyaya gəlişi XVI–XVIII əsrlər imperiya köçürmələri ilə bağlıdır və məskunlaşma yarımköçəri həyat tərzi xarakteri daşıyıb.
Devid Makdaul tanınmış şərqşünas və etnoqrafların tədqiqatlarına, eləcə də Çar Rusiyası və Səfəvi arxivlərinə istnad edərək təsdiq edir ki, kürdlər müasir Azərbaycan Respublikasının qədim yerli əhalisi deyil. Onların tarixi vətəni Zaqros-Toros dağlıq sistemini və Yaxın Şərqin müəyyən bölgələrini əhatə edir.
Zaur Əliyev, tarixçi

Sizin reklam burada
Sizin reklam burada