Tiktokda ilk paylaşımını etdi, saxlanıldı

Tiktokda ilk paylaşımını etdi, saxlanıldı
04 Avq 2026 23:40

Tiktokda paylaşdığı videoda söyüş söyən saxlanılıb.

News365.az xəbər verir ki, Şərur rayon sakini 47 yaşlı Rəsul Hüseynov adı çəkilən sosial şəbəkə platformasında özünə məxsus səhifədə nalayiq ifadələr səsləndirdiyi video paylaşıb. Bununla da ictimai mənəviyyatı təhqir və cəmiyyətə açıqca hörmətsizlik edən əməllərə yol verib.

Bu hərəkətinə görə, o, polis əməkdaşları tərəfindən saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.

Rəsul Hüseynov bildirib ki, dostu ilə Arpaçaya gedib və dostu ona su atdığı üçün sərxoş halda söyüş söyüb. O, ilk dəfədir ki, sosial şəbəkəyə girdiyini və əməlindən peşman olduğunu deyərək, barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş edib.

Məhkəmənin qərarı ilə R.Hüseynov 500 manat məbləğində inzibati qaydada cərimələnib.


Sizin reklam burada
Sizin reklam burada