Rusiya Kiyevə raket və PUA-larla zərbələr endirdi: 1 nəfər ölüb, 24 nəfər yaralanıb - YENİLƏNİB

Rusiya Kiyevə raket və PUA-larla zərbələr endirdi: 1 nəfər ölüb, 24 nəfər yaralanıb - YENİLƏNİB
11:10

Rusiyanın avqustun 5-nə keçən gecə Kiyevə pilotsuz uçuş aparatları və ballistik raketlərlə həyata keçirdiyi kütləvi hücum nəticəsində azı bir nəfər həlak olub, 24 nəfər yaralanıb.

News365.az
xəbər verir ki, Ukrayna Fövqəladə Hallar Xidmətinin məlumatına görə, Obolon rayonunda qeyri-yaşayış binasında yanğın baş verib, bir nəfər ölüb, üç nəfər xəsarət alıb. Svyatoşin rayonunda isə mağazalardan birinin anbarında yanğın qeydə alınıb.

Qolosiyev rayonunda iki qeyri-yaşayış binasında baş verən yanğın söndürülüb. Burada dörd nəfər xəsarət alıb, onlardan ikisi xəstəxanaya yerləşdirilib.

Həmçinin sənaye müəssisələrindən birində kiçik həcmdə ammonyak sızması baş verib, xilasedicilər sızmanı aradan qaldırıblar və əhali üçün təhlükə olmadığı bildirilib.

Desnyan rayonunda isə iki qeyri-yaşayış binasında yanğın baş verib, hadisə yerlərində xilasedicilərin işi davam edir.

***

Rusiya ordusu avqustun 5-nə keçən gecə Kiyev vilayətinin müxtəlif bölgələrinə ballistik raketlərlə hücum edib.

News365.az xəbər verir ki, hücum nəticəsində paytaxtın bir neçə rayonunda yaşayış və anbar binalarında yanğınlar baş verib.

İlkin məlumata görə, azı 3 nəfər xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır.

Kiyev vilayətinin Buça, Brovarı və Fastov rayonlarında da anbar və istehsalat obyektlərinə ziyan dəyib, mülki şəxslərin yaralandığı bildirilir.

Xilasetmə işləri davam edir.


Sizin reklam burada
Sizin reklam burada