DSX-nin hərbçisi 5-ci dəfə dünya çempionu oldu

DSX-nin hərbçisi 5-ci dəfə dünya çempionu oldu
17:10

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu baş gizir Heydərli Orxan Qorxmaz oğlu 24–26 aprel tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən şotokan karate üzrə 16-cı dünya çempionatında uğurla çıxış edib.

Bu barədə News365.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Belə ki, idmançı kişilər arasında 84+ kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək 5-ci dəfə dünya çempionu adına layiq görülüb.

Yarışda iştirak edən müxtəlif ölkələrin güclü idmançıları arasında yüksək peşəkarlıq nümayiş etdirən Heydərli Orxan Qorxmaz oğlu final mərhələsində də üstünlüyünü qoruyaraq qələbəni təmin edib.



Sizin reklam burada
Sizin reklam burada