Sabah Biləsuvarın 10 kəndində qaz kəsiləcək

Sabah Biləsuvarın 10 kəndində qaz kəsiləcək
18:40

Sabah Biləsuvar rayonunun 10 yaşayış məntəqəsində qaz təchizatı müvəqqəti dayandırılacaq.

News365.az xəbər verir ki, buna səbəb yeraltı polietilen qaz xəttinin kipliyə sınaq işlərinin aparılmasıdır.

Bununla əlaqədar Biləsuvar qazpaylayıcı stansiyasından qidalanan Çinarlı, Bağbanlar, Çaylı, İsmətli, Günəşli, Ağayrı, Nəsimikənd, Nərimankənd, Səmədabad və Arazbəri kəndlərində ümumilikdə 5300 abonentə təbii qazın verilişi iyunun 12-si saat 10:00-dan etibarən işlər başa çatanadək dayandırılacaq.


Sizin reklam burada
Sizin reklam burada