Culfada yanğın: azyaşlı öldü - YENİLƏNİB

Culfada yanğın: azyaşlı öldü - YENİLƏNİB
17:40

Bu gün Culfa şəhərində baş verən yanğın zamanı xəsarət alan 2023-cü il təvəllüdlü Zeynalov Emil Cəfər oğlu ölüb.

News365.az xəbər verir ki, azyaşlının anası 2004-cü il təvəllüdlü Zeynalova Fidan Dünyamin qızının müalicəsi davam etdirilir.

***

14:33

Culfa şəhərində yaşayış binasında yanğın olub.

News365.az xəbər verir ki, hadisə şəhərdəki 5 mərtəbəli yaşayış binasının ikinci mərtəbəsində qeydə alınıb. Hadisə yerinə FHN-in qüvvələri cəlb olunub.

    Yanğın qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində 2004-cü il təvəllüdlü Fidan Zeynalova və onun 2023-cü il təvəllüdlü övladı xəsarət alıb. Onlar əvvəlcə Culfa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Daha sonra onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

    Faktla bağlı araşdırma aparılır.


    Sizin reklam burada
    Sizin reklam burada