Təbriz-Məşhəd qatarı relsdən çıxıb

Təbriz-Məşhəd qatarı relsdən çıxıb
21:41

Təbriz-Məşhəd marşrutu üzrə hərəkət edən sərnişin qatarı Türkmənçay stansiyasında relsdən çıxıb.

News365.az xəbər verir ki, bu barədə Şərqi Azərbaycan əyalətinin Böhran İdarəetmə Qərargahı məlumat yayıb.

Məlumata görə, hadisə bu gün axşam saatlarında baş verib.

İlkin məlumata əsasən, qəza nəticəsində bir nəfər xəsarət alıb. Digər sərnişinlərin vəziyyətinin normal olduğu bildirilib.

Qurum qeyd edib ki, dəmiryolu əməkdaşları sərnişinlərin digər nəqliyyat vasitələrinə köçürülməsi istiqamətində iş aparırlar.

Məqsəd sərnişinlərin Məşhəd istiqamətində səfərlərini fasiləsiz davam etdirməsini təmin etməkdir.

Hadisənin başvermə səbəbləri araşdırılır.


Sizin reklam burada
Sizin reklam burada