Almaniya ordusu Rusiyanın hücumuna hazırlaşır

Almaniya ordusu Rusiyanın hücumuna hazırlaşır
19:20

Almaniya 2029-cu ilədək və ya daha tez müddətə Rusiyanın mümkün hücumuna hazırlaşmalıdır. 

News365.az xəbər verir ki, bunu Almaniya Quru Qoşunlarının komandanı general-leytenant Kristian Freydinq “Politico” nəşrinə müsahibəsində bildirib.

Freydinq deyib ki, 2029-cu il Almaniyanın proqnozları deyil, bu, NATO ilə razılaşdırılmış kəşfiyyat məlumatlarıdır.

“Bütün 32 NATO müttəfiqi razılaşır ki, Rusiya 2029-cu ildə NATO ölkələrindən birinə müdaxilə etmək qabiliyyətinə malik ola bilər”, — general qeyd edib.

Bununla yanaşı, o, Rusiyanın daha əvvəl də addım ata biləcəyi barədə xəbərdarlıq edib.

“Biz döyüşə hazır olmalıyıq”, — Freydinq əlavə edib.


Sizin reklam burada
Sizin reklam burada