Aziz Yıldırım “Fənərbaxça”nın prezidenti seçilib

Aziz Yıldırım “Fənərbaxça”nın prezidenti seçilib
07 İyn 2026 23:25

"Fənərbaxça"da prezident seçkiləri keçirilib.

News365.az xəbər verir ki, bu gün İstanbul klubunun növbədənkənar seçkilərində yeni prezidentin adına aydınlıq gəlib.

Seçkilərdə Aziz Yıldırım və Hakan Safi mübarizə aparıb.

Klub üzvləri səsvermə yolu ilə ən azı növbəti 1 ildə "Fənərbaxça"ya rəhbərlik edəcək şəxsi seçiblər. Yıldırım səsvermədə aşkar üstünlüklə qələbə qazanıb. O, yenidən klubun prezidenti seçilib.

Qeyd edək ki, Aziz Yıldırım 1998-2018-ci illərdə "Fənərbaxça"nın prezidenti olub.

O, 2024-cü ildə keçirilən seçkilərdə Ali Koça məğlub olmuşdu.


Sizin reklam burada
Sizin reklam burada