Türk dövlətlərini birləşdirən Orta Dəhliz ön plana çıxır

Türk dövlətlərini birləşdirən Orta Dəhliz ön plana çıxır
16:35

Millət vəkili Cavanşir Feyziyev hesab edir ki, son illərdə Avrasiyada baş verən geosiyasi və iqtisadi proseslər Xəzər regionunun birləşdirici mərkəz kimi rolunu daha da gücləndirib.

News365.az-a açıqlamasında deputat bildirib ki, Avrasiyanı birləşdirən nəqliyyat və ticarət marşrutları ilə bağlı ideyalar yeni deyil.

 Onun sözlərinə görə, bu məsələ ilk dəfə SSRİ-nin dağılmasından sonra, 1990-cı illərin əvvəllərində siyasi müzakirələrin əsas mövzularından birinə çevrilib və həmin dövrdə ilk layihələr irəli sürülüb.

C.Feyziyev qeyd edib ki, söhbət böyük geostrateji dəyişiklikdən getdiyi üçün bu layihələrə qarşı uzun illər ciddi müqavimət mövcud olub. Lakin zaman keçdikcə dövlətlər və siyasətçilər Avrasiya məkanında iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafı üçün ən optimal marşrutun Orta Dəhliz olduğunu daha yaxşı anlamağa başlayıblar.

Deputatın sözlərinə görə, Orta Dəhliz layihəsi əsasən türk dövlətlərini əhatə edir. Çindən başlayaraq Mərkəzi Asiyanın türk dövlətlərindən keçən marşrut Xəzər dənizi üzərindən Azərbaycan vasitəsilə Avropaya uzanır.

C.Feyziyev vurğulayıb ki, bu marşrut artıq yalnız Avrasiya ölkələrinin siyasətçiləri və iqtisadçılarının deyil, eyni zamanda ABŞ-ın da diqqətini getdikcə daha çox cəlb edir.



Sizin reklam burada
Sizin reklam burada