Millimiz Dünya Çempionatına qələbə ilə başlayıb

Millimiz Dünya Çempionatına qələbə ilə başlayıb
19:06

Azərbaycan millisi Dünya Çempionatına qələbə ilə başlayıb

Bakı şəhərində keçirilən Çövkən üzrə 2-ci Dünya Çempionatının ilk oyununda Azərbaycan və Özbəkistan milli komandaları qarşılaşıb.

Bu barədə News365.az-a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Maraqlı və gərgin mübarizə şəraitində keçən görüşdə Azərbaycan millisi rəqibi üzərində üstünlük nümayiş etdirərək 4:2 hesabı ilə qalib gəlib.

Beləliklə, Azərbaycan millisi Çövkən üzrə 2-ci Dünya Çempionatına uğurlu start verib və turnirdə ilk qələbəsini qazanıb.



Sizin reklam burada
Sizin reklam burada