Çinə səfər: “Qeyri-neft sektoruna daha çox sərmayə cəlb olunacaq” -

Çinə səfər: “Qeyri-neft sektoruna daha çox sərmayə cəlb olunacaq” -
13:07

Millət vəkili Vüqar Bayramov Prezident İlham Əliyevin Çinə səfəri ilə bağlı fikirlərini feysbuk səhifəsində bölüşüb.

O qeyd edib ki, səfər çərçivəsində aparıcı şirkət rəhbərləri ilə keçirilən görüşlər Azərbaycana daha çox sərmayənin cəlb edilməsinə xidmət edəcək:

“Yeni dövrün əsas hədəflərindən biri məhz qeyri-neft sektoruna xarici investisiyaların artırılmasıdır. Aparıcı dövlətlərin şirkətləri ilə aparılan müzakirələr neftdən kənar sahələrdə yeni sərmayə imkanları deməkdir. Prezidentin görüşlərində Çin investisiyalarının Azərbaycan iqtisadiyyatına yönəldilməsi, qarşılıqlı layihələr, texnologiya transferi və həm ölkəmiz, həm də region üçün mühüm məsələlər xüsusi diqqət mərkəzində olub”.

Deputat bildirib ki, əldə edilən razılaşmalar xüsusilə “yaşıl enerji” sahəsində əməkdaşlığı gücləndirəcək:

“Azərbaycan 2030-cu ilədək enerji balansında ‘yaşıl enerji’nin payını 35 faizə çatdırmağı və karbon emissiyalarını 40 faiz azaltmağı hədəfləyir. Çinlə bu sahədə əməkdaşlıq həm istehsal gücünü artıracaq, həm də ixrac imkanlarını genişləndirəcək. Nəticədə uzun müddətdir planlaşdırılan ‘yaşıl enerji’ ixracı reallaşa bilər”.

Vüqar Bayramovun sözlərinə görə, Prezidentin Çinə səfəri və imzalanan anlaşmalar iqtisadi əməkdaşlıq üçün yeni imkanlar açmaqla yanaşı, Azərbaycanın strateji hədəflərinə çatmasına da töhfə verəcək.


Sizin reklam burada
Sizin reklam burada