Məişət tullantılarının tutumlardan (urnalardan) kənar
yerlərə atılmasına görə cərimə artırılır.
News365.az xəbər verir ki, bu, İnzibati Xətalar
Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, məişət tullantılarının
tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə əlli manat məbləğində cərimə
edilir.
Layihəyə əsasən, məişət tullantılarının tutumlardan
(urnalardan) kənar yerlərə atılmasına görə fiziki şəxslər üç yüz manat məbləğində,
vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində
cərimə ediləcək. Nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən
inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar
törədilməsinə görə fiziki şəxslər min manat məbləğində, vəzifəli şəxslər min
beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına
görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, altmış saatdan yüz saatadək
ictimai işlər tətbiq olunur, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək
məbləğdə cərimə edilir.