Ermənistanın iqtisadiyyat naziri Böyük Britaniya səfiri ilə görüşüb

Ermənistanın iqtisadiyyat naziri Böyük Britaniya səfiri ilə görüşüb
04 Okt 2024 17:04

Oktyabrın 4-də Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Böyük Britaniyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Con Qallageri, Şərqi Avropa və Mərkəzi Asiya üzrə baş konsul Kenan Poleonu qəbul edib. 

News365.az "Armenpress"ə istinadən xəbər verir ki, görüşdə turizm, xidmət, ticarət, infrastrukturun inkişafı, investisiyaların cəlb edilməsi və işgüzar dairələr arasında birbaşa əlaqələrin inkişaf etdirilməsi imkanları müzakirə edilib.

Erməni nazir görüş zamanı vurğulayıb ki, Ermənistan investorlar üçün çoxlu imkanlar təklif edir. 

İnvestisiya imkanları və davamlı iqtisadi inkişaf kontekstində Gevorq Papoyan həmsöhbətinə Ermənistan hökuməti tərəfindən hazırlanmış "Dünyanın kəsişməsi" layihəsinin təfərrüatlarını təqdim edib.

Görüş zamanı iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı ilə bağlı məsələlər müzakirə olunub.

 


Youtube kanalımız

Oxşar xəbərlər