Türkiyədə 2028-ci ildə keçirilməsi gözlənilən prezident
seçkilərinin tarixi önə çəkilə bilər.
News365.az globalinfo.az-a istinadən bildirir ki, bu
iddia ilə "Hürriyyet" qəzeti çıxış edib.
Məlumata görə, ana müxalifət Cümhuriyyət Xalq Partiyası
(CHP) daxili anlaşmazlıqlar və əvvəlki seçkilərdəki uğursuzluğa görə xalq
arasında nüfuzunu itirib:
"Bu səbəbdən növbəti seçkilərdə də uğur qazanma
ehtimalı azdır. Ölkə iqtisadiyyatının yavaş-yavaş düzəlməsi və beynəlxalq gərginlik
fonunda isə hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın şansı yenə digərlərindən
yüksək görünür. Lakin onun bu dəfə namizədliyini irəli sürüb-sürməyəcəyi bəlli
deyil".
Növbədənkənar seçkilərdə isə namizədlərin sayının çox
olacağı bildirilir. CHP-dən İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlunun adı
namizədlər sırasında çəkilir. İctimaiyyətin dəstəyi ilə Ankaranın bələdiyyə sədri
Mansur Yavaşın da güclü namizədlərdən olacağı gözlənilir.
Həmçinin HDP-dən Səlahəddin Dəmirdaş, sabiq baş nazir Nəcməddin
Ərbakanın oğlu Fatih Ərbakanın da namizəd olacağı iddia edilir.