ABŞ prezidenti Donald Tramp Oval kabinetdə Vladimir Zelenski ilə bağlı qalmaqala bənzər yeni tələ hazırlayıb. Bu, onun cənubi afrikalı həmkarı Siril Ramafosa qarşı təşkil edilib. Bu barədə “The Hill” qəzeti yazıb.
Məqalə müəllifinin fikrincə, Tramp bu siyasi görüşdən “seçicilərini məmnun etmək” üçün istifadə edib.
Məqalədə yazılıb: “Tramp bu dəfə Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosadan öz məqsədləri üçün istifadə etdi. Hansı ki, o, vitse-prezident Venslə fevralın sonunda Oval kabinetdə Ukrayna prezidenti Vladimir Zelenskiyə də oxşar şəkildə hücum etmişdi”.
Müəllifin fikrincə, görüş Vladimir Zelenski ilə olduğu kimi böyük səs-küyə səbəb olmayıb. Lakin bu, əvvəlcədən planlaşdırılan pusquya bənzəyirmiş. Xüsusən də Tramp Cənubi Afrika siyasətçilərinin qızışdırıcı bəyanatlarının videosunu göstərmək üçün Oval Ofisdə işıqları söndürməyi xahiş edəndə hamı təəccüb içində olub.
Qəzet yazır ki, prezident Ramafosa ABŞ prezidenti ilə Zelenski tərzində açıq mübahisə etmədən ittihamları rədd edib və Cənubi Afrika hökumətinin ağdərililərin təqibini dəstəklədiyinə dair iddiaları rədd edib.
Tural