Market əməkdaşını bıçaqla hədələyib soyğunçuluq etdi

Market əməkdaşını bıçaqla hədələyib soyğunçuluq etdi
22 May 2025 12:45

Suraxanı rayonu ərazisində yerləşən marketlərin birində soyğunçuluq hadisəsi qeydə alınıb. 

News365.az xəbər verir ki, naməlum şəxs marketin əməkdaşını kəsici alətlə hədələyərək 750 manatını talayıb. 

Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 23 yaşlı Ş.Dövlətov saxlanılıb. 

Araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada