Azərbaycanlı bloger Moskvadakı mənzilini 100 milyona satdı

Azərbaycanlı bloger Moskvadakı mənzilini 100 milyona satdı
10:45

Milyonçu bloger Hüseyn Həsənova qarşı cinayət işi açılandan dərhal sonra onun Moskvadakı üç otaqlı mənzili 100 milyon rubla satılıb. Bu barədə "Mash" Telegram kanalı məlumat yayıb.


Nəşrin məlumatına görə, blogerin binalardan birinin 44-cü mərtəbəsində 124 kvadratmetr sahəli və xüsusi dizaynla təmir edilmiş, şəhərə panoramalı mənzərəsi olan mənzili olub. Mülk "Neva Towers" elit yaşayış kompleksində yerləşir. "Mash" iddia edir ki, Azərbaycan əsilli bloger mənzili həbsdən və müsadirədən xilas etmək üçün tələsik əlindən çıxarıb.


Satışdan əvvəl bloger paytaxtda yaşamadığı üçün mənzili aylıq 750 min rubla icarəyə verirmiş. O, məhz bu mənzildə bir çox videolarını lentə alıb.

Tural


Sizin reklam burada
Sizin reklam burada