Qarabağ Universitetində yeni fakültələr yaradılır – RƏSMİ

Qarabağ Universitetində yeni fakültələr yaradılır – RƏSMİ
13:05

2024-cü ildə Qarabağ Universitetində ilk tədris ili həyata keçirildi. Universitet tədrisə 6 fakültə ilə başladı. 

Xatırladaq ki, universitetin rektoru Şahin Bayramov yaxın zamanda verdiyi açıqlamada bildirdi ki, 2026-cı ildə Qarabağ Universitetində kənd təsərrüfatı fakültəsini açılması planlaşdırılır. 

Ancaq Qarabağ Universitetində təhsil almaq istəyən abituriyentlərə maraqlıdır ki, cari ildə universitetdə neçə yeni fakültənin açılması gözlənilir? 

Qarabağ Universitetinin mətbuat katibi Aytən Quliyeva bildirib ki, bu il Qarabağ Universitetində yeni açılacaq fakültə yalnız Tibb və sağlamlıq elmləri fakültəsidir. 

“Qarabağ Universiteti 2024/2025-ci tədris ilində 6 fakültə, 26 ixtisas üzrə tədris həyata keçirib. 2025-2026-cı tədris ilində isə ümumilikdə 7 fakültə üzrə tədris prosesi həyata keçiriləcək”.   

Bəs yeni açılacaq tibb fakültəsi üçün pedaqoji heyət hazırdırmı?  “Tibb  fakültəsinə müəllim və digər heyətin seçimləri hazırda aparılır.

Bununla bağlı Qarabağ Universitetinin sosial şəbəkə səhifələri və saytı üzərindən mütəmadi olaraq vakansiya elanları verilir”, - deyə açıqlamada qeyd edilib.


Sizin reklam burada
Sizin reklam burada