Sahil Babayev islahatlara başladı - Yeni maliyyə idarələri YARADILDI

Sahil Babayev islahatlara başladı - Yeni maliyyə idarələri YARADILDI
14:17

Maliyyə Nazirliyinin regional maliyyə idarələri yaradılıb. 

Nazirlikdən verilən məlumata görə, qurumun yerli bölmələrinin fəaliyyətini təkmilləşdirmək, onlara münasibətdə optimal idarəetmə formasını tətbiq etmək məqsədilə rayon (şəhər) üzrə maliyyə idarələri (şöbələri) ləğv edilərək onların bazasında Azərbaycan Respublikasının iqtisadi rayonlarının yeni bölgüsünə uyğun olaraq regional maliyyə idarələri yaradılıb, onların strukturu təsdiq olunub.

 Yeni struktura əsasən, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qarabağ, Qazax-Tovuz, Quba-Xaçmaz, Lənkəran-Astara, Mərkəzi Aran, Mil-Muğan, Şəki-Zaqatala, Şərqi Zəngəzur və Şirvan-Salyan regional idarələri yaradılıb. 

Qeyd edək ki, bu ilin fevral ayında Sahil Babayev maliyyə naziri vəzifəsinə gətirilib. Onun təyinatından sonra Nazirlikdə bir sıra islahatlar aparılıb.


Sizin reklam burada
Sizin reklam burada