“Rusiya xilaskarımızdır” düşüncəsindən qurtulmalıyıq" - Erməni jurnalist

“Rusiya xilaskarımızdır” düşüncəsindən qurtulmalıyıq" - Erməni jurnalist
11:15

Ermənilərin tanınmış jurnalistlərindən olan Tatul Akopyan diqqət çəkən fikirlər səsləndirib. "Mamul" nəşrində dərc olunan məqalədə yazılıb ki, "erməni-rus ziddiyyətlərinin mənbəyi ilk növbədə beynimizdədir".

Jurnalist qeyd edib ki, onilliklər, həttə əsrlər boyu- 1827-ci ildən erməni kollektiv şüurunda, erməni ədəbiyyatında və tarixində belə bir inam formalaşıb ki, erməni xalqının xilası yalnız Rusiyadadır.

"Bu avtomatik olaraq o anlama gəlir ki, bundan əvvəl də özümüzü xilas etmək imkanlarımız, potensialımız olmayıb və min illik tariximiz(?) boyu ruslarsız yaşaya bilməzdik. Amma lap əvvəlki tarix göstərib ki, biz min il əvvəl russuz, Rusiyasız yaşamışıq. Biz "Böyük Tiqranla", "dənizdən-dənizə Ermənistan"la hələ də fəxr edirik. Üstəlik, Ermənistan tarixində ən böyük faciə və fəlakətlər Çar dövründə baş verib. Təbii ki, mən rusları "erməni soyqırımı"nda günahlandırmıram. Lakin 1915-1917-ci illər, 1990-cı illər erməni-rus təmaslarının ən aktiv dövrü sayılır. Axı biz o vaxt səkkiz könüllü dəstə yaratmışdıq və ruslarla birlikdə Osmanlı imperiyasına qarşı vuruşmuşuq. Biz siyasiləşmiş xalq olaraq “Rusiya bizim xilaskarımızdır” düşüncəsindən qurtula bilməyincə, bu regionda öz yerimizi tapa bilməyəcəyik",- o, uydurma tarixlərinə də istinad etməklə yazıb.

Akopyan həmçinin qeyd edib ki, belə bir təfəkkürlə ermənilərin xarici siyasəti, diplomatiyası olmayacaq: "Əksinə yalnız lobbiçilik olacaq.

Rusiya nə xilaskarımız, nə də düşmənimizdir. Rusiya qlobal və regional maraqları ilə hərəkət edir. Ruslar bir gün bizim maraqlarımız, bir gün Azərbaycan və Türkiyənin maraqları ilə üst-üstə düşə bilən davranışlar sərgiləyirlər. Rusiya ermənilərə söz verməyiblər ki, bizi xilas edəcəklər. Biz özümüz bu istəyimizi ruslara bağlayır, onlar köməyimizə çatmayanda isə Rusiyanı xəyanətdə ittiham edirik".

Tural


Sizin reklam burada
Sizin reklam burada