"Koçaryanın ailəsinin öldürülməsi əmri verilib" - Ermənistan mətbuatı

"Koçaryanın ailəsinin öldürülməsi əmri verilib" - Ermənistan mətbuatı
11:55

Ermənistanın ikinci prezidenti, hərbi cani Robert Koçaryan növbəti dəfə yerli medianın gündəminə gəlib.

“Hraparak” qəzeti yazıb ki, ona qarşı siyasi marş başlayıb: “Robert Koçaryanın bir neçə gün öncə verdiyi müsahibədən sonra hakim partiyanın fraksiyası keçmiş prezidentə və onun ailəsinə “hücum etmək” əmri alıb. Onlara koçaryanları “öldürmək” (siyasi hücumlarla nüfuzdan salmaq-red.) tapşırığı verilib". 


Müəllif xatırladıb ki, son günlər gəncindən tutmuş yaşlısına qədər xeyli fəal tez-tez canlı yayıma çıxır, sərt statuslar yazır, Koçaryanla bağlı müsahibələr verir. Onlar hakimiyyətdə olmuş Qarabağ klanının əsas fiquru ilə bağlı son 7 ildə yayılan və həm də təkzib edilən əfsanələri təkrarlayırlar. 

Hökumətə yaxın saytlar isə sadəcə olaraq Ermənistanın ikinci prezidentinin qeyri-rəsmi media qurumlarına çevrilib. Hərçənd onlar ancaq sərt məqalələr dərc edirlər: "Xəbər lentlərində hər ikinci yazı Koçaryan haqqındadır, qəzet səhifələri ikinci prezidentin və ailəsinin fotoşəkilləri ilə doludur. Təbii ki, hamısı da mənfi məqalələrdir. Hakim partiya qara piarın özünün də piar olduğuna inanmır. Bu kampaniya nəticəsində Koçaryanın reytinqi daha da arta bilər".

Tural


Sizin reklam burada
Sizin reklam burada