İsrailin Azərbaycandakı səfirliyində bayraq endirildi

İsrailin Azərbaycandakı səfirliyində bayraq endirildi
22 May 2025 14:00

İsrailin Azərbaycandakı səfirliyində bayraq endirilib.

News365.az xəbər verir ki, bu barədə Səfirlik məlumat yayıb.

"İsrail Dövlətinin diplomatik nümayəndəlikləri Yaron və Saraya hörmət və matəm əlaməti olaraq bayraqlarını yarıya qədər endiriblər", - məlumatda qeyd edilib.

Qeyd edək ki, ABŞ-ın paytaxtı Vaşinqtonda İsrail səfirliyində çalışan iki nəfər güllələnərək öldürülüb. Şübhəli bilinən şəxs saxlanılıb.


Sizin reklam burada
Sizin reklam burada