Uşaqların qaladığı tonqal beş hektar meşəni məhv etdi - VİDEO

Uşaqların qaladığı tonqal beş hektar meşəni məhv etdi - VİDEO
10:15

Rusiya Fövqəladə Hallar Nazirliyi Buryatiyada baş verən güclü meşə yanğınının səbəbini açıqlayıb. Nazirliyin Telegram kanalında yayılan məlumata görə yanğının səbəbkarları uşaqlar olub.


Hadisə Xorinski rayonunun Mayla kəndində baş verib. 8 və 13 yaşlı iki uşaq çay sahilində vaxt keçirən zaman orada tonqal qalayıblar: "Yanğın sürətlə meşədəki ağaclara keçib. 30-dan çox mütəxəssis və 10 texnika 5 hektar sahədə yanğını söndürə bilib", - məlumatda deyilir.


İndi uşaqlar yetkinlik yaşına çatmayanlarla iş üzrə qurumun yerli diarəsində qeydiyyata düşəcəklər. Üstəlik onların valideynləri meşə yanğınını söndürməyə görə hesablanan vəsaitləri də ödəməlidirlər.



Tural


Sizin reklam burada
Sizin reklam burada