Xəbər verdiyimiz, Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) yeni sədr müavini təyin edilib.
Bu vəzifəyə Ceyhun Rüstəmov gətirilib.
News365.az-ın məlumatına görə, Bakı İslam Universiteti və Liviya Təbliğ Universitetində ali dini təhsil alıb. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvüdür.
O, Bakı İslam Universitetinin Sumqayıt şöbəsində müəllim işləyib. Sonra Şeyxin Qəbələ rayonu üzrə nümayəndəsi (qazısı) kimi fəaliyyət göstərib.
Qəbələ şəhəri “Mərkəzi Cümə” və Bakı şəhəri Yasamal rayonu “İlahiyyat” məscidlərinin imamı vəzifəsində çalışıb. Sədr müavini olmamışdan öncə Nərimanov Rayon Cümə məscidində imam vəzifəsində işləyib.