"Ermənilər ləyaqətsizləşdirilir, vətənpərvərliyimiz məhv olur" - Erməni fəal

"Ermənilər ləyaqətsizləşdirilir, vətənpərvərliyimiz məhv olur" - Erməni fəal
12:05

Ermənistanda hakimiyyətdə olan siyasi qüvvələrin yürütdüyü daxili siyasətə qarşı narazılıqlar artmaqdadır.

"Mamul" nəşri yazır ki, ictimai və siyasi fəallar erməni cəmiyyətinin susqunlaşmasından gileylənirlər.

Məsələn, Arsen Nikoqosyan açıqlamasında deyib ki, Ermənistan heç vaxt bu qədər ayrı-seçkilik, insanların qorxu içində davranması halları olmayıb: "Ermənistan Respublikası vətəndaşlarının psixologiyasında belə qorxu səviyyəsi heç vaxt olmayıb. Bu ağır vəziyyətə görə kapitulyant Nikol Paşinyan və onun həyat yoldaşı günahkardır. Anna Akopyan artıq şəxsi maraqları üçün təhqirlərə əl ataraq Ermənistan Respublikasının vətəndaşlarına da hücum etməyə başlayıb".


Aktivist qeyd edib ki, hökumətin indiki fəaliyyətinin yalnız bir məqsədi var ki, bu da Ermənistan Respublikasının vətəndaşlarını məhv etməkdir: "Bu hakimiyyət bütün şəxsi, sosial və siyasi təzahürlərində bir rolu oynayır- ləyaqətimizi silib atmaq, milli kimliyi və vətənpərvərlik hissini məhv etmək!”.

Tural


Sizin reklam burada
Sizin reklam burada