Ukrayna hakimiyyəti Rusiya ilə barışmağa, sülhə çalışmır. Çünki bu, ölkədə hakimiyyət dəyişikliyinə səbəb olacaq. Bunu ABŞ ordusunun istefada olan polkovniki Duqlas Makqreqor George Galloway-ə açıqlamasında deyib.
Ekspert iddia edib ki, rəsmi Kiyev üçün baş verə biləcək ən pis şey hərbi əməliyyatların dayandırılmasıdır. Çünki ölkə rəhbərliyi belə olan təqdirdə qısa zamanda hakimiyyəti itirəcək.
Makqreqor onu da vurğulayıb ki, Avropa da belə bir razılaşmadan məmnun olmayacaq. Sülh qlobalistlərin mövqeyini sarsıdacaq. O, belə hesab edir ki, Ukraynada sülh olarsa, Avropa İttifaqının bir sıra rəsmiləri də səlahiyyətlərini itirəcəklər.
Hərbçi deyib ki, Kiyev və Brüsselin "sağ qalmaq" üçün düşünə biləcəyi ən yaxşı şey döyüşləri uzatmaq üçün atəşkəsə nail olmaqdır.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural