4 nəfər müəmmalı şəkildə UAZ-da öldü - VİDEO

4 nəfər müəmmalı şəkildə UAZ-da öldü - VİDEO
13:36

Rusiyada bir neçə nəfərin müəmmalı şəkildə ölməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Rusiya Federasiyası İstintaq Komitəsinin Nijeqorod regionu üzrə İstintaq İdarəsinin Teleqram kanalında yayılan məlumata görə faciəvi hadisə Nijni Novqorod vilayətində baş verib.

Belə ki, UAZ markalı avtomobildə bir neçə nəfərin meyiti tapılıb: “İlkin araşdırmalar zamanı müəyyən edilib ki, 2025-ci il mayın 21-də axşam saatlarında Nijni Novqorod vilayətinin Vıksa şəhərindəki gölün ərazisində “UAZ” markalı avtomobilin salonunda 4 nəfərin cəsədi olub. Meyitlərin məhkəmə-tibbi ekspertizaya göndərilməsi qərara alınıb".

Meyitlərdə zorakılıq izlərinə rast gəlinmədiyi qeyd edilir. Faktla bağlı cinayət işi açılıb.


Bundan əvvəl Saratovda qarajda olan avtomobildə iki qız və onların anasının meyiti aşkarlanmışdı. Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin də bu işə xüsusi diqqət ayırmışdı.


Tural


Sizin reklam burada
Sizin reklam burada