Ermənistanda oğul atanı xüsusi amansızlıqla qətlə yetirdi - VİDEO

Ermənistanda oğul atanı xüsusi amansızlıqla qətlə yetirdi - VİDEO
11:37

Ermənistanda dəhşətli qətl hadisəsi baş verib. Yerli medianın gündəminə çevrilən cinayət Armavir bölgəsində törədilib.

"Mamul" nəşri yazıb ki, xüsusi amansızlıqla törədilmiş qətl hadisəsi gecə baş verib: "Saat 06:40 radələrində Ermənistan Respublikası Daxili İşlər Nazirliyinin Kriminal Polisinin Baş İdarəsi, həmin idarənin Armavir Regional Cinayət Axtarış bölməsi və Vaqarşapat şöbəsinə mənzillərdən birində amansız qətlin baş verməsi barədə əməliyyat məlumatı daxil olub. Əməliyyatçılar insidentin Vaqarşapat şəhərində Movses Xorenatsi küçəsindəki mənzildə olmasını aşkarlayıblar. Kriminal fotomüxbir Qaqik Şamşyanın hadisə yerindən verdiyi məlumata görə, xilasedicilər evin qapısını açaraq girişin yaxınlığında kişi meyiti və döşəmədə qan izləri aşkar ediblər".

Hadisə yerinə toplaşan bir neçə vətəndaş deyib ki,  hadisənin baş verməsini səhər saatlarında biliblər.  

Əvvəlcə amansız qətlin kimin törətməsi heç kimə bəlli olmayıb. Amma sonradan Eçmiədzinin kriminal və ictimai polis əməkdaşları caninin intihar üçün körpülərdən birindən tullanmağa çalışması xəbərini eşidiblər. Patrul, kriminal və ictimai polis əməkdaşları Eçmiədzinin körpülərini yoxlayıblar.  Sonda məlum olub ki, oğul atasını inanılmaz qəddarlıqla qətlə yetirib və sonda özü də intihar etmək istəsə də polislər onu xilas ediblər.


Tural


Sizin reklam burada
Sizin reklam burada