Bu ərzaqları yatmazdan əvvəl yemək olmaz

Bu ərzaqları yatmazdan əvvəl yemək olmaz
12:24

Məşhur ingilis dietoloq Kayl Kroulinin fikrincə, yatmazdan əvvəl turş meyvə və ya tərəvəz yemək gecə istirahətinizin keyfiyyətinə mənfi təsir göstərə bilər. Onun sözlərinə görə, bu cür bitkilərin tərkibində olan turşular yemək borusu ilə mədə arasında olan qapağa təsir edir. Bu isə mədədəki turşu reflüksünü mənfi yöndən hərəkətə gətirir  və nəticədə yuxu rejimi pozulur. Mütəxəssisin fikirlərini xarici KİV sitat gətirib.


Krouli onu da izah edib ki, turşuluğu çox olan bitki qidalarına portağal, pomidor və qreypfrut daxildir. Onlarda gecələr istehlak edildikdə, bu mədədə yanma adlandırdığımız güclü qıcqırmalara da səbəb ola bilər.

Dietoloq həmçinin axşamlar yağlı qidalardan uzaq durmağı tövsiyə edib. Çünki belə qidalar da tez-tez mədədə turşu axını və ağırlıq yaradır. Bundan əlavə, Krouli vurğulayıb ki, yatmazdan əvvəl istənilən doyumlu yemək arzuolunmazdır. Çünki bu, həzmi çətinləşdirir və yuxu rejimini poza bilər. Xüsusən də insan yeməkdən dərhal sonra yatmağa gedəndə hədsi dolu mədə gecələr orqanizmə mənfi təsir edir.

Həkim hər kəsə mədə-bağırsaq traktını yükləməyən yüngül qəlyanaltılar seçməyi məsləhət görüb. Onun fikrincə, axşam saatlarında qoz-fındıq və süd məhsulları ən yaxşı seçimdir. Onlar həzm problemi yaratmadan mədədə həzm olunurlar.



Tural


Sizin reklam burada
Sizin reklam burada