Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclası zamanı görüşüblər.
News365.az xəbər verir ki, Türkiyə prezidenti İlham Əliyevi növbəti dəfə baba olması münasibətilə təbrik edib.
Daha sonra Əliyev, Ərdoğan və Tokayev çay süfrəsi ətrafına keçiblər. Ərdoğan üzünü Tokayevə tutaraq deyib:
"İlham qardaşımın 9-cu nəvəsi oldu. Mənim də nəvələrimin sayı 9-dur. Gələcəyimiz sağlamdır".