Polşanın xarici işlər naziri Radoslav Sikorski diqqət çəkən açıqlama verib. O, Baltik dənizini dünyanın ən təhlükəli bölgəsi adlandırıb. Buna səbəb dənizdə baş verən anarxiyadır. Həmçinin burada sualtı kabellər və digər infrastrukturun dağılması ilə bağlı insidentlər də dənizi dünyanın ən təhlükəli yerinə çevirib. Onun fikirlərini Polşa mediası yayıb.
"Dənizdəki rahat üzən gəmilər, hətta bayraqsız gəmilərlə bağlı olan bu anarxiya dayanmalıdır. Təyyarələr kimi gəmilərin də öz sahibləri olmalıdır. Onların da idarəçiləri üzə çıxmalı, texnikaların istismarına cavabdeh olan dövlətlər bəlli olmalıdır. Baltik dənizi hazırda dünyanın ən təhlükəli dənizidir", - Sikorski bildirib.
Onun sözlərinə görə, kabel və boru kəmərləri ilə bağlı insidentlərin adi qəza hadisələri olduğunu güman etsək belə, hələ də bu hadisələrin həddən artıq çox görünür. Nazir potensial fəlakətlərin nəticələrinin aradan qaldırılmasının hər kəsə xeyli baha başa gələcəyinə diqqət çəkib.
Xatırladaq ki, mayın 16-da Estoniya Hərbi Dəniz Qüvvələri NATO təyyarələri ilə birlikdə Rusiya limanına gedən “Yaquar” tankerini beynəlxalq sularda saxlamağa cəhd edib. Qərb hərbçiləri gəmiyə zərbə də endiriblər, helikopterlə minməyə cəhd ediblər. "Yaquar" Rusiya qırıcısının xilasetmə əməliyyatından sonra təqibdən xilas ola bilib.
Tural