“Evim yox idi, Elza Seyidcahan əl uzatdı” – Zaurdan etiraf

“Evim yox idi, Elza Seyidcahan əl uzatdı” – Zaurdan etiraf
11:59

“Ömrümün sonuna qədər minnətdar olduğum insanlar var. Onlardan biri Elza Seyidcahandır."

News365.az xəbər verir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev “Bizimləsən” verilişində səsləndirib.

"Yadımdadır, evlənmək ərəfəsində idim və evim yox idi. Elza mənə dedi: ‘Sənin evin yoxdur, aman sənə heyran. Sonra dedi: ‘Otur maşına’. Oturduq, yola düşdük və məni Aydın müəllimlə tanış etdi. Elza dedi: ‘Bu insan çox istedadlıdır, bacarıqlıdır, qabiliyyətlidir. Əlində bir qədər pulu da var. Xahiş edirəm, ona bir ev verin’.

Elzaya bunu özünə də demişəm, indi isə milyonların qarşısında etiraf edirəm: O, bir gün gəlib çıxıb qarşımda dayanıb mənə dünyanın ən ağır sözünü desə belə, başımı aşağı salıb onun yanından keçərəm. Çünki o mənə böyük bir yaxşılıq edib. Mən belə şeyləri unuda bilmərəm.

Hər bir insanın həyatında sıfırdan başlama nöqtəsi, çətinlikləri, acıları olur. Mən də bu çətinlikləri yaşamışam. Bağışlayın, bu mövzuya toxunduğum üçün bir daha üzr istəyirəm.”


Sizin reklam burada
Sizin reklam burada