Rusiyada "Mauqli" uşaq aşkarlanıb

Rusiyada "Mauqli" uşaq aşkarlanıb
13:25

Rusiyanın yetkinlik yaşına çatmayanlarla iş üzrə qurumunun əməkdaşları Kazanda yerli sakinlərdən birinin mənzilinə baxış keçirən zaman dəhşətli mənzərə ilə üzləşiblər. Məmurlar "Mauqli" uşaq aşkar ediblər. Bu barədə "Mash İptash" Telegram kanalı məlumat yayıb.

Ailənin qonşularının verdiyi açıqlamalara görə, həmin evdə hətta yayda belə “balaklav" (başa taxılan maska-red.)taxan qəribə uzun paltar geyinən bir qadının yaşadığını görürlərmiş. Məhəllə sakinlərinin çoxu onun xəstə, yaşlı qadına baxdığını güman edib. İnsanlar həmçinin qapıya yaxın gəldikdə kəskin sidik qoxusunun ətrafa yayılmasından şikayətləniblər.

Qonşular binanın girişində hətta avtomatik hava təravətləndiricisi quraşdırmaq məcburiyyətində qalıblar: "Bu günlərdə isə yetkinlik yaşına çatmayanlarla iş üzrə qurumun məsul işçiləri qonşulara baş çəkərək həmin mənzildə yaşayan uşaqla maraqlanıblar. Yalnız həmin vaxt yerli sakinlər mənzildə uzun müddətdir ki, bir uşağın da yaşadığını öyrəniblər".

O da məlum olub ki, son 5 ildə ilk dəfə olaraq yetkinlik yaşına çatmayanlarla iş üzrə qurumun məsul işçilər həmin evə girə biliblər. Eyni zamanda qadın onları saçlarından dartmağa başlayıb.

"Dava gedən zaman qonşulardan biri mənzilə baxmağa imkan tapa bilib və içəridə az qala dağa dönmüş zibil qalaqlarını görüb", - nəşr yazıb.

Həmçinin mənzildə altı yaşlı uşaq paltarsız halda otaqları o baş bu başa qaçırmış. "Çox güman ki, qız olub. İnsanlara cəmiyyətdən təcrid olunmuş uşağı mənzildən qolları üzərində çıxarıblar", - məlumatda qeyd edilib.

Tural


Sizin reklam burada
Sizin reklam burada