Bu ölkədə 1 qadın 3 kişiylə evlənə bilər - QRİNLANDİYADA YAŞAM - VİDEO

Bu ölkədə 1 qadın 3 kişiylə evlənə bilər - QRİNLANDİYADA YAŞAM - VİDEO
21 May 2025 20:01

Bu ölkədə bir qadına 3 kişiylə evlənməyə icazə verilir. İnsanları həyatda qalmaq üçün olüm qalım savaşı verir. Həyatı mənalı və zövqlü edən bir çox detallar var. Demək olar ki, bütün insanlar həyatın müəyyən gözəlliklərinə heyranlıqla yanaşır və hər birinin bir məqsədi olur. Kimiləri isə həyata insan mərkəzli yanaşanlardır. Onlar üçün həyatı mükəmməl edən ailə və mənəviyyatdır. Ailə və müqəddəs dəyərlər olmasa, həyat tamamilə boşluqdan ibarətdir və yaşamaq mənasız olur. Lakin burada yaşayan insanlar dünyanın ən çətin həyat şəraitinə qarşı mübarizə aparırlar və həyata möhkəm şəkildə bağlanıblar. Belə ki, ora dünyanın şimalındakı ən soyuq yaşayış məntəqəsidir. Ora elə zəhmətlidir ki, bir insanı həyatdan soyuda bilər. Ora, içində olduğunuz coğrafiyaya şükr etməyinizə səbəb olacaq qədər fərqli bir planet kimidir. Söhbət bu günə qədər adını çox eşitmədiyiniz dünyanın ən böyük adası olan Qrenlandiyadan gedir. 


Qrenlandiya, dünyanın ucqarında yerləşən və buzlarla örtülmüş nəhəng bir adadır. Ümumi sahəsi 2 milyon 166 min kvadrat kilometrdir. Lakin ölkənin ərazilərinin böyük hissəsi əlverişsizdir. Torpaqlarının 80%-dən çoxu buzla örtülüdür və orada yaşayan insanlar üçün bura dözülməz dərəcədə soyuqdur. Qrenlandiya Atlantik okeanının şimalında yerləşir və tam müstəqil bir ölkə deyil. Muxtar quruluşa malikdir və Danimarka Krallığına bağlıdır. Elə buna görə də Qrenlandiya sakinləri Danimarka mədəniyyətinin izlərini daşıyırlar. Ölkənin paytaxtı və ən böyük şəhəri Nuuk adlı yaşayış məntəqəsidir. Paytaxtda cəmi 20 minə yaxın insan yaşayır. Qrenlandiyanın ümumi əhalisi isə təxminən 60 min nəfərdən ibarətdir. 


Bəs bu insanlar buzla örtülmüş, quru ilə heç bir əlaqəsi olmayan bu adaya necə gəlib çıxıblar? Təxminən 1200 il əvvəl norveçli və islandiyalı dənizçilər Qrenlandiyanı kəşf etdilər. O vaxta qədər Avropalılar üçün Qrenlandiya tamamilə naməlum idi. Ərazinin son dərəcə soyuq olmasına baxmayaraq, ehtiyac zamanı sığınılacaq və ticarət nöqtəsi ola biləcək yer olduğuna inandılar. Sonrasında Norveç və Danimarka dənizçiləri tərəfindən Qrenlandiyaya çox sayda insan köçürüldü. Hətta o dövrlərdə belə Qrenlandiyanın əhalisi 2000 nəfərə çatmışdı. Daha sonra ticarət koloniyaları quruldu və Skandinavlar ticarət və kənd təsərrüfatını inkişaf etdirməyə çalışdılar. Amma uzun müddətli uğur əldə edə bilmədilər. Əksinə düşünüldüyü kimi, Qrenlandiyada əhalinin artmamasının əsas səbəbi soyuq deyildi. Vikinglər tərəfindən gətirilmiş heyvanlar quraqlıq səbəbindən bir-bir tələf oldu. Qrenlandiyadakı torpaqlar o qədər məhsuldar deyildi ki, fermerlər nə etsələr də, səmərəli ot və ağac yetişdirə bilmədilər. Quraqlıq kənd təsərrüfatını mümkünsüz hala gətirdiyindən Skandinavlar Qrenlandiyanı tərk etməyə məcbur oldular. Onlardan yalnız çox az bir qismi ticarət məqsədilə burada qaldı. 


Qrenlandiyadakı həyatın əsl maraqlı tərəfi isə köklərinin minlərlə əvvələ – buz dövründə buraya piyada gələn qədim Moğolların, yəni İnuit xalqının yaşamına dayanmasıdır. Onlar bu torpaqları Skandinaviya dənizçiləri kimi sonradan kəşf etməyiblər. Qrenlandiya hələ ada olmayan zamanlarda bir quru əlaqəsi var idi və qədim Moğollar o dövrdə bu ərazilərdə yaşamağı seçmişdilər. Bu gün Qrenlandiyada yaşayan azsaylı insan cəmiyyəti yüz illər əvvəl bura ticarət üçün gəlmiş Skandinavların nəvələri və min illər əvvəlki İnuit xalqının övladlarıdır. Skandinavlar yay aylarında bu ərazilərə gəlmiş və buranın əsasən yaşıl olduğunu görmüşdülər. Buna görə də bura “Yaşıl ölkə” mənasını verən “Qrenlandiya” adını vermişdilər. Bu ad bu gün də əcnəbilər tərəfindən istifadə olunur.


20-ci əsrdə Qrenlandiya cəmiyyətinə Avropa İttifaqı üstünlüyü də tanınmışdı, lakin ölkə 1981-ci ildə keçirilən referendumla Aİ-dən çıxmağı seçdi. Çünki Avropa İttifaqı Qrenlandiya xalqının əsas dolanışıq mənbəyi olan və bütün dünyaya ixrac etdikləri balıqçılığa ciddi məhdudiyyətlər qoyurdu. Qrenlandiyanın həm balıq ehtiyatlarına qarışırdı, həm də ölkənin dünyadakı uran və dəmir ehtiyatlarının 35%-nə sahib olması Avropa İttifaqının iştahını artırırdı. Bir növ, Avropa ölkələri üzvlük yolu ilə Qrenlandiyanı istismar etməyə davam edəcəkdilər və bu səbəbdən Qrenlandiya üzvlükdən çıxaraq öz yolunu seçdi. Bu gün hələ də Danimarkaya hesabat verirlər, lakin geniş miqyaslı əksər qərarları özləri qəbul edirlər. Onsuz da Danimarka olmadan onların həyatlarını davam etdirmələri mümkün görünmür. Danimarka hər il təxminən 1 milyard dollar büdcəni Qrenlandiyada həyatın davam etməsi üçün xərcləyir. Çünki Qrenlandiya Danimarkanın mülkiyyətində sayılır və bu, bütün dünya tərəfindən qəbul olunur. Hətta son illərdə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Qrenlandiyanı almaq istədi, lakin nə Danimarka, nə də Qrenlandiya sakinləri bu satışı qəbul etmədi. Qrenlandiya adası zaman-zaman Çin, Rusiya və ABŞ tərəfindən gündəmə gətirilir. Çünki adanın altında çıxarılmağı gözləyən tonlarla uran və dəmir mövcuddur.


Dünyanın ən böyük balıq ehtiyatlarına sahib olmaları da əlavə üstünlükdür. Bu gün Qrenlandiyada yaşayan bir insan əgər Danimarkada təhsil almaq və ya səhiyyə xidmətindən faydalanmaq istəsə, Danimarka dövləti onun bütün xərclərini qarşılayır. Bundan əlavə, Qrenlandiyada torpaq almaq şansınız yoxdur. Yəni heç bir şəxs Qrenlandiyadan torpaq ala bilməz. Əgər kimsə bir ərazidə ev və ya dükan tikmək istəyirsə, dövlətin icazəsini almalı və vergisini ödəməlidir, yalnız bundan sonra həmin ərazidən öz yaşayışı üçün istifadə edə bilər. Bu səbəbdən Qrenlandiyada torpaq sahibi olmaq kimi bir imkan mövcud deyil.


Paytaxt Nuuk bölgəsində tikilən evlərin əksəriyyəti dövlət dəstəyi ilə inşa olunur və bu evlərin əksəriyyəti rəngarəngdir. Onları almaq mümkündür və qiymətləri orta hesabla 350 min dollar civarındadır. 


Qrenlandiya xalqı sözün əsl mənasında təbiətin mərhəmətinə möhtac yaşayır. Belə ki, buzlaqların əriməsi ilk olaraq onların sonunu gətirər, daha sonra isə bizim sonumuzu hazırlayar. Dünyada su səviyyəsinin yüksəlməsi şübhəsiz ki, quru torpaqlar üçün qiyamət ssenarilərini yada salır. Elə-belə deyil, bəzən fəlakətlər də yaşamırlar. Dənizdən qəfil gələn sunamilər Qrenlandiyadakı dənizçilərin qayıqlarını məhv edə bilir. Onlar təbiətin dilini anlamaq məcburiyyətindədirlər və daim gözlərini açıq tutmalıdırlar. Ən kiçik bir diqqətsizlikdə həm özləri, həm də qayıqları buz kimi soyuq dənizin içinə sürüklənə bilər. Çünki okeanın heç bir zarafatı yoxdur. Hətta paytaxt Nuuk belə həyat keyfiyyəti, səhiyyə sistemi və nəqliyyat baxımından olduqca qeyri-kafidir.


Daha da pis olan odur ki, ölkə daxilində tapa bilmədiyiniz bir xidməti tez bir zamanda başqa ölkədən əldə etmə şansınız da yoxdur. Çünki siz dünya üzərindəki milyardlarla insandan təcrid olunmuş bir adada yaşayırsınız. Ora getdiyiniz zaman özünüzü ayda bir yaşayış məntəqəsi tapmış kimi hiss edirsiniz. Sanki dünyayla əlaqəsi olmayan, yeni kəşf olunmuş bir planet kimidir. Bu səbəbdən Qrenlandiya bir çox imkanların məhdud olduğu, əlçatanlığın olduqca zəif olduğu bir ölkədir. Ölkə ilə bağlı başqa bir problem isə evlənmə məsələsidir... Əhalinin sayı az olduğuna görə, Qrenlandiyada insanlar özlərinə həyat yoldaşı tapa bilmirlər. Həyat yoldaşı tapa bilməyənlər bölgə rəhbərliyinə müraciət edərək onlara yoldaş tapmalarını istəyirlər. Hətta evli birinin həyat yoldaşı vəfat edərsə, əhalinin daha da azalmasının qarşısını almaq üçün həmin şəxsin başqa biri ilə evləndirilib uşaq sahibi olması gözlənilir. Bəzi ailələrdə bir qadının 3-4 əri ola bilir. İnsanlar sadəcə çoxalmaq və yaşamaq istədiklərinə görə özlərini buna məcbur hiss edirlər. Çünki nə qədər azalsalar, sağ qalan insanlar üçün həyat bir o qədər çətinləşir.


Qrenlandiyanın digər bir problemi isə ölkədə infrastrukturun olmamasıdır. Bu səbəbdən məskunlaşmadan uzaq bölgələrdə zibilliklər yaradılıb və insan fəaliyyətindən yaranan bütün tullantılar həmin bölgələrdə toplanır. Qısa müddətdə Qrenlandiyanın tamamilə zibilliyə çevrilməsi çətin olsa da, uzun müddətdə bu torpaqlarda böyük tullantı yığınları yarana bilər. Ölkənin bir çox yerində isə internet ümumiyyətlə işləmir.


Bəs dünyanın ən soyuq adasında yaşayan bu insanlar nə cür nəqliyyatdan istifadə edirlər? Əgər Qrenlandiyaya getsəniz, orada motosiklet və avtomobil kimi nəqliyyat vasitələrinin çox da yayğın olmadığını görəcəksiniz. Yalnız paytaxt Nuukda gözlə görünəcək qədər bir neçə avtomobil var. Kəndlərdə isə nəqliyyat əsasən xizək vasitəsilə həyata keçirilir. Xüsusilə qış aylarında hava temperaturu mənfi 50 dərəcəyə qədər enə bildiyindən, bu şəraitdə motorlu nəqliyyat vasitələri işləyə bilmir və tez-tez xarab olur. 


Ölkədə sənaye də olduqca geridə qaldığına görə bu vasitələrin təmiri böyük zəhmət və xərclər tələb edir. Buna görə insanlar yüklərini daşımaq və bir yerdən digər yerə getmək üçün "Husky" adlandırılan Sibir itlərindən istifadə edirlər. Husky-ləri xizəklərə qoşurlar və nəqliyyatı onlarla təmin edirlər. Əgər kənddən bir nəfər xəstəxanaya aparılmalı olarsa, helikopter çağırmaq lazım gəlir. Həmçinin bir kənddə 4000 nəfər yaşayırsa, orada 3000-dən çox da Husky iti yaşayır. İnsanlar bu itləri yalnız nəqliyyat üçün deyil, ovlamaq istədikləri heyvanların izini tapmaq üçün də istifadə edirlər. Onlar itləri çiy ətlə qidalandırdıqlarına görə olduqca aqressiv olurlar və sahiblərindən başqa heç kimə dost münasibət göstərmirlər. Əgər onları ac saxlasanız, birləşib sizi belə yeməyə cəhd edə bilərlər. Ona görə də Qrenlandiyada insanlar və itlər arasında qarşılıqlı faydaya əsaslanan bir razılaşma mövcuddur. Bu, qarşılıqlı sevgidən çox, sağ qalmaq məqsədilə edilmiş bir razılaşmadır. 


 Onlar qayıqla dənizə açılır və tüfənglər vasitəsilə qütb ayılarını və fok balıqlarını ovlayırlar. Daha sonra bu heyvanların dərisini soyur, ətindən istifadə edirlər. Beləliklə, aclıqdan qurtulurlar və soyuqdan qorunmaq üçün dərilərindən geyim hazırlayırlar. Ola bilsin, bu hal bir çoxunuz üçün qəddar və qeyri-insani görünsün. Bəlkə də bu yolla heyvanların nəslini kəsirlər. Lakin bir insanın doğulduğu torpaqda heç bir ölkə onu pulsuz yeməklə təmin etməz. Bu səbəbdən də onlar özləri ayaqda qalmalı və ov etməyə məcburdurlar. Qayığı olmayanlar isə donmuş çaylardakı buz təbəqələrini qıraraq öz gücləri ilə balıq tutmağa çalışırlar. Əgər bacarmasalar, bu, aclıq deməkdir. Əllərinə aldıqqları iti çubuqlarla buzun altını deşməlidirlər. Bu da fiziki güc tələb edir. Suya çatdıqda, özləri hazırladıqları torları suya buraxıb gözləməyə başlayırlar. Çox vaxt məqsədlərinə çatırlar və evlərinə qayıdırlar. Qrenlandiya insanları sözün əsl mənasında, dənizdən çıxan hər şeyi yeyirlər.


Hətta Qrenlandiyada toy hədiyyəsi olaraq nə qızıl, nə də pul verilir. Burada insanlar dəyər verdikləri şəxslərə qütb ayısı başı hədiyyə edirlər. Qütb ayısı ovlamaq çətindir və zəhmət tələb edir. Onun ətinə hər kəs asanlıqla çata bilmir və restoranlarda olduqca bahalıdır. Buna görə də Qrenlandiyada qütb ayısı qızıldan daha dəyərli sayılır.

Əgər Qrenlandiyada bir ailənin evinə qonaq olsanız, qarşınıza balina əti də qoyula bilər. Belə desək, Qrenlandiya xalqı insan əti istisna olmaqla hər cür ət yeyir. 


Qrenlandiya o qədər böyük bir əraziyə sahibdir, amma o qədər azsaylı insan kütləsinə xidmət edir ki, orada insan görəndə sevinirsən. Paytaxt Nuukla birlikdə cəmi 6 yaşayış yeri var və bu yaşayış yerlərindən birində cəmi 300 nəfər yaşayır. Bu 300 nəfərin çata bildiyi xidmətlər isə yalnız ərzaq dükanı və kilsədir. Məsələn, xroniki xəstəliyi olan bir insan burada yaşasa, çox güman ki, uzun müddət yaşaya bilməyəcək. Bəs siz bu həyat tərzinə nə qədər dözə bilərsiniz? Nə avtomobil var, nə çiçək-böcək, nə telefon işləyir, nə də əyləncə mərkəzləri var. Sadəcə təcrid olunmuş səssiz torpaqlar və buzla örtülü sonsuz dəniz var.


Qış aylarında bəzən günəş ümumiyyətlə doğmur və gününüz böyük ölçüdə qaranlıqda keçir. Bəzi günlərdə isə qar fırtınaları olur və əgər həmin an çöldəsinizsə, sığınacaq yer tapmaq olmur. Qar fırtınasına tutulanlar ağır xəstəliklər keçirirlər və aylarla ayağa qalxa bilmirlər.


Onların yerləşdiyi coğrafiyanın ən üstün cəhəti isə şimal işıqlarının rəqsini doyunca seyr edə bilmələridir. Nəticə etibarilə Qrenlandiya insanları müasir dünyayla müqayisədə çox çətin şərtlər altında yaşayırlar. Hətta təmiz su tapmaq belə onlar üçün böyük bir nemətdir Dəniz suyundan nə duş almaq, nə də içmək üçün istifadə edilə bilər. Evdəki su boruları isə tez-tez donur. Buna görə də dövlət imkanları ilə evlərə təmiz su göndərir.


Nəticə olaraq Qrenlandiya yaşamaq üçün çox çətin bir ölkədir. Lakin yerləşdiyi mövqe baxımından gələcəkdə daha da dəyər qazana biləcək bir ölkədir.


Kamal Hüseynli



Sizin reklam burada
Sizin reklam burada