"İranın son günlərdə atdığı addımlar, apardığı siyasət göstərdi ki, əgər istəsə, region ölkələri ilə dostluq və əməkdaşlıq, yaxınlıq edə bilər. Deməli, bu, onun istəyi ilə bağlıdır. Yəni burada biz əslində İran xalqının deyil, İranın hazırkı rejiminin bu bölgə üçün sanki orqanik olmadığını görürükş"
Politoloq Əli Mustafa bu sözləri News365.az-a deyib.
Yəni sanki sünni bir rejim kimi burada qarşıdurmalar yaradırlar. Və onların əsas məqsədi region ölkələri ilə münaqişə yaratmaq, qarşıdurma formalaşdırmaq olub. Demirlər ki, regiondakı əksər müsəlman ölkələri ilə ayrıca proqramları var. Əfqanıstanda necə problem yaratsınlar, Pakistanı necə qarışdırsınlar, Azərbaycana necə təzyiq etsinlər, ölkədə hansı təxribatçı işlər görsünlər.
Amma indi vəziyyət bir qədər dəyişib. Hazırda ABŞ və İsrail tərəfindən çox ciddi bir təhdid var. Və görünən odur ki, bu dəfə ABŞ doğrudan da İranı vura bilər. Bu vəziyyəti görən və qiymətləndirən İran hakimiyyəti dərhal müəyyən dəyişikliklər etməyə başlayıb. Qarşı siyasətində müəyyən bir yenidizayn həyata keçirir. Bu da ondan ibarətdir ki, Azərbaycanla da qısa müddətdə yaxınlaşma müşahidə olunur. Eyni zamanda son günlər Talibanla da yaxınlaşmaları var."