Universitetlərə mina yerləşdirilib? - Qazaxıstanda

Universitetlərə mina yerləşdirilib? - Qazaxıstanda
12:25

Almatının müxtəlif rayonlarında yerləşən 3 ali təhsil müəssisəsi minalanma ilə bağlı təhdidlər alıb.

News365.az Qazaxıstan mediasına istinadən xəbər verir ki, bu barədə şəhərin polis departamentindən bildirilib.

Məlumata görə, hadisə yerlərinə təcili xidmətlər göndərilib. Mütəxəssislər zəruri təhlükəsizlik tədbirlərinə riayət etməklə binalara və ətraf ərazilərə kompleks baxış keçiriblər.

Media bildirib ki, ali məktəblərdən biri Beynəlxalq Biznes Universitetidir, onun elektron poçtuna binada partlayıcı qurğunun yerləşdirilməsi barədə məktub daxil olub.

Əldə olan məlumata görə, mühafizə xidməti və sahə polis müfəttişləri tərəfindən binaya baxış keçirilməsinə qərar verilib. Yoxlamadan sonra dərslər davam etdirilib.


Sizin reklam burada
Sizin reklam burada