Xalçayuma xidməti adı altında vətəndaşları aldadan şəxs saxlanılıb.
News365.az xəbər verir ki, Bakı şəhərində xalçayuma xidməti göstərən şirkətlərdən birinə təhvil verilmiş xalçaların geri qaytarılmaması və əvvəlcədən ödənilmiş vəsaitlərin ələ keçirilməsi barədə polisə çoxsaylı müraciətlər daxil olub. Xəzər rayonunda polisin həyata keçirdiyi tədbirlərlə əməli törədən Dəyanət Əhədov müəyyən olunaraq saxlanılıb.
Bu şəxsin vətəndaşlardan xalçaları və xidmət haqqını qəbul etdiyi, lakin sifarişləri yerinə yetirmədiyi müəyyən olunub. Təhvil alınan xalçaların bir qismi Binə qəsəbəsi ərazisində yerləşən anbarlarda aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir.
Qeyd edək ki, bununla bağlı bir neçə gün əvvəl sosial şəbəkədə məlumat yayılıb. Vətəndaşlar yuyulmağa verdikləri xalçaların geri qaytarılmadığını bildirib, xalçaların saxlandığı anbarın görüntülərini yayıblar.
