Beyləqanda su kanalında batan şəxsin kimliyi BİLİNDİ - YENİLƏNDİ

Beyləqanda su kanalında batan şəxsin kimliyi BİLİNDİ - YENİLƏNDİ
16 Avq 2026 11:30

Beyləqanda su kanalında batan şəxsin kimliyi məlum olub.

News365.az report-a istinadən xəbər verir ki, Yuxarı Qarabağ kanalında batan şəxs rayon sakini, 19 yaşlı Rəvanə Rəşad qızı Hüseynlidir.

Hazırda onun axtarışları davam etdirilir.

R. Hüseyinlinin hansı şəraitdə suya düşməsi məlum deyil.

***

Qarabağ kanalında bir nəfər batıb.

Bu barədə News365.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qarabağ kanalının Beyləqan rayonu, İkinci Aşıqlı kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. 

Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.


Sizin reklam burada
Sizin reklam burada