Rusiyanın Belqorod vilayətinə son sutka ərzində 50-dən çox hücum edildiyi bildirilir.
News365.az xəbər verir ki, bu barədə vilayət qubernatoru səlahiyyətlərini icra edən Alexander Şuvaev məlumat verib.
Onun sözlərinə görə, hücumlar nəticəsində üç mülki şəxs xəsarət alıb.
Şuvaev qeyd edib ki, hücumlar Ukrayna Silahlı Qüvvələri tərəfindən həyata keçirilib. Hadisələrin nəticələrinin aradan qaldırılması və zərərin qiymətləndirilməsi istiqamətində işlər davam etdirilir.