ABŞ-ın sabiq prezidenti Co Bayden Ukrayna Prezidenti Volodimir Zelenski ilə münasibətlərindən danışaraq onun ünvanına tənqidi fikirlər səsləndirib.
News365.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
Bayden “Mənə söz ver, Amerika” adlı yeni xatirə kitabında Ağ Evdə keçirdiyi dörd ili, daxili və xarici siyasətlə bağlı qərarlarını, COVID-19 pandemiyasına qarşı mübarizəni, Əfqanıstan, Ukrayna və İsrail məsələlərini, eləcə də 2024-cü il prezident seçkilərində iştirak etmək qərarını və sonradan yarışdan çəkilməsini əks etdirib.
Keçmiş prezident kitabında Zelenskiyə münasibətini də açıqlayıb. O, Ukrayna liderinin hərbi rəhbər kimi güclü cəhətlərini qəbul etsə də, qapalı görüşlərdəki davranışını tənqid edib.
Baydenin sözlərinə görə, Zelenski Vaşinqtonun Ukraynaya göstərdiyi dəstəyə lazımi minnətdarlıq nümayiş etdirməyib. O, ukraynalı həmkarını narazı, inadkar və nankor kimi xarakterizə edib.