Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, noyabrın 16-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
News365.az xəbər verir ki, yarımadanın ayrı-ayrı ərazilərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimal olunur.
Səhər saatlarında yağış tədricən kəsiləcək, gündüz isə hava əsasən yağmursuz keçəcək. Güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcək.
Havanın temperaturu gecə 7-9, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz olacaq.
Azərbaycanın rayonlarında da bəzi yerlərdə arabir yağıntılı hava şəraiti gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi və şimşək çaxacağı ehtimal olunur.
Axşam saatlarında yağıntılar əksər rayonlarda tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman müşahidə ediləcək.
Mülayim qərb küləyi gecə və səhər saatlarında bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-9, gündüz 14-17 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə 3-7, gündüz isə 0-3 dərəcə şaxta gözlənilir.