ABŞ Yaponiyanın Okinava adasında modernləşdirilmiş qırıcılar yerləşdirib

ABŞ Yaponiyanın Okinava adasında modernləşdirilmiş qırıcılar yerləşdirib
14:40

ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) modernləşdirilmiş "F-15EX" qırıcıları Yaponiyanın cənubundakı Okinava adasında yerləşən Kadena hərbi bazasında yerləşdirilib.

News365.az xəbər verir ki, bu barədə Yaponiya ictimai televiziyası məlumat yayıb.

Bildirilib ki, sözügedən modernləşdirilmiş döyüş təyyarələri ilk dəfə ABŞ-dən kənardakı hərbi bazada yerləşdirilib.

Daha əvvəl yayılan məlumatlara görə, bir neçə il ərzində Okinavaya ümumilikdə 36 belə qırıcının göndərilməsi planlaşdırılır. Dördüncü nəsil "F-15EX" qırıcısı 13,3 tona qədər faydalı yük daşıya bilir ki, bu göstərici üzrə bəzi bombardmançı təyyarələri də üstələyir. Bu, hazırda Yaponiyada yerləşdirilmiş köhnəlmiş "F-15" təyyarələrinin göstəricisindən təxminən iki dəfə çoxdur.



Sizin reklam burada
Sizin reklam burada