Banqkokda zəlzələdə ölənlərin sayı 13-ə çatdı - VİDEO

Banqkokda zəlzələdə ölənlərin sayı 13-ə çatdı - VİDEO
29 Mar 2025 17:10

Tailandın paytaxtı Banqkokda zəlzələ nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

News365.az xəbər verir ki, bu barədə ölkənin hüquq-mühafizə orqanları məlumat yayıb.

Məlumata görə, 10 nəfər xəsarət alıb, 118 nəfər itkin düşüb. 8 nəfər - Banqkokun şimalında Baş Auditor İdarəsinin tikintisi davam edən binasının uçması nəticəsində həlak olub. Hazırda orada axtarış-xilasetmə əməliyyatı davam edir.

Qeyd edək ki, martın 28-də Banqkokun bir neçə bölgəsində və ətrafında 7,7 maqnitudalı zəlzələ baş verib.


Sizin reklam burada
Sizin reklam burada