2008-ci il təvəllüdlü X.A və 2007-ci il təvəllüdlü X.R.-in yoxa çıxmasının təfərrüatları məlum olub.
Qızlar 10 günlük axtarışlardan sonra Bakının Sabunçu rayonunun Maştağa kəndində tapılıb.
Qızlardan birinin xalası Baku TV-yə müsahibəsində yeniyetmələrin başqa qadının evində olduğunu bildirib.
"Yetkinlik yaşına çatmayanlardan biri bu evdə yaşayan bir oğlanla münasibətdə olub və onunla evlənmək niyyətinə düşüb. Valideynlərindən qorxaraq onun yanına qaçıb. Evdə üç qız, iki gənc və onların anası olub. İtkin düşənlərdən biri ilə telefonla danışdım, onu götürməyimi istədi. Səhər saat üç radələrində onları polis bölməsinə aparıblar.
Onlar hazırda sosial xidmət orqanlarının nəzarətindədirlər. İkinci qız isə valideynlərinin xəbəri olmadan evi tərk edib. O, oğlanlarla ünsiyyət qurmayıb" deyə qadın əlavə edib.
Qızlardan birinin anası isə qızının oğlanlarla heç vaxt əlaqə saxlamadığını deyib.
Daha ətraflı süjetdə: